13 iyun 2024 at 15:27
Jurnalist kodu: 5564
Xəbər kodu: 85508243
T T
0 Persons
Baqiri: İran sionistlərin regionun təhlükəsizliyini pozmasına icazə verməyəcək

Bağdad - İRNA - Xarici işlər nazirinin səlahiyyətlərinin icraçısı İranın “Doğru vəd” əməliyyatını keçirməklə regionda sabitlik, sülh və təhlükəsizlik üçün bütün potensial və imkanlarından istifadə etdiyini sübut etdiyinə işarə edərək, deyib: İran hətta təcavüzkar sionistlərin regionun sabitlik və təhlükəsizliyini pozmasına icazə verməyəcək.

İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri və İraqın xarici işlər naziri Fuad Hüseyn bir-birləri ilə görüşüb və müzakirə apardıqdan sonra mətbuat konfransı keçirib.

O əlavə edib: Bu gün Qəzzada açıq-aşkar bir soyqırımın şahidi oluruq, lakin məzlum Qəzza xalqı dağıntılar altında zəfər bayrağını qaldırdı. Biz Qəzza xalqına qarşı müharibə cinayətinin sona çatdırılmasını vurğulayırıq və İslam ölkələri öz imkanlarını birləşdirərək Qəzza xalqına qarşı cinayətin sona çatmasına kömək etməlidir.

İranın xarici işlər nazirinin vəzifəsini icra edən deyib: Sionistlər bir daha səhvə yol verə bilərlər, lakin İran sionist rejimin ağılsızlığına qətiyyətlə cavab verərək və özünü müdafiə etmək üçün qanuni hüququndan istifadə etdi və təcavüzkarı cəzalandıraraq öz yerində oturtdu. İran “Doğru vəd” əməliyyatında sübut etdi ki, regionun sabitliyi, sülhü və təhlükəsizliyi üçün bütün potensial və imkanlarından istifadə edəcək və hətta təcavüzkar sionistlərə də regionun sabitlik və təhlükəsizliyini pozmağa imkan verməyəcək.

Baqiri Kəni vurğuladı: Bütün region ölkələri birlikdə təhlükəsiz və sabit regionun qurulması üçün qarşılıqlı fəaliyyət və həmrəylik içərisindədirlər və regionda gərginlik və qeyri-sabitliyin əsas səbəbkarı olduqlarını göstərən sionistlərdir.

O, davam etdi: Əgər amerikalılar Qəzzada müharibəni və qan tökülməsini dayandırmaq üçün siyasi təşəbbüslərində qətiyyətlidirlərsə, işğalçı və təcavüzkar sionistlərə dəstəkdən, xüsusilə də silah və hərbi yardımdan əl çəkməlidirlər.

0 Persons

Sizin rəyiniz

You are replying to: .